Çikaqoda 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
22 oktyabr, 2026
ABŞ-nin Çikaqo şəhərində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılıb.
Çikaqo və ətraf ştatlarda yaşayan Azərbaycan icmasının qatıldığı ənənəvi mərasim Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) həmtəsisçiləri Fərid Məmmədov və Mehriban Məmmədovanın təşkilatçılığı ilə baş tutub.
Azərbaycan Mərkəzinin üzvləri belə təşəbbüslərin Azərbaycan–ABŞ dostluq əlaqələrinin möhkəmləndirilməsinə, eyni zamanda xaricdə yaşayan soydaşlarımız arasında birlik və həmrəyliyin gücləndirilməsinə xidmət etdiyini bildiriblər. Qeyd olunub ki, bu cür tədbirlər milli kimliyin qorunması, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Mərasim xaricdə yaşayan azərbaycanlıların milli bayramlar ətrafında bir araya gəlməsinin, Azərbaycanın dövlətçilik ənənələrinə bağlılığının və diasporumuzun birliyinin növbəti ifadəsi olub.
Digər xəbərlər
