Budapeştdə III Azərbaycan Nar Bayramı keçirilib
24 noyabr, 2026
Macarıstanın paytaxtı Budapeştdə Timea Törökün Azərbaycan turizmi, tur bələdçiliyi və ekskursiya proqramı çərçivəsində, Budapeştdəki Azərbaycan Evi ilə əməkdaşlıq şəraitində lll Azərbaycan Nar Bayramı keçirilib.
Tədbirdə Azərbaycan mədəniyyətində xüsusi rəmzi məna daşıyan narın milli dəyərlərimizdəki yeri və əhəmiyyəti ön plana çıxarılıb. İştirakçılara ölkəmizin zəngin mədəni irsi, milli adət-ənənələri və özünəməxsus dəyərləri haqqında macar ictimaiyyətinə geniş məlumat verilib. Ölkəmizin mədəni müxtəlifliyi və qonaqpərvərlik ənənələri nümayiş etdirilib.
Artıq üçüncü dəfə keçirilən bayram iki ölkə arasında mədəni dialoqun genişlənməsinə, qarşılıqlı anlaşmanın və dostluq əlaqələrinin daha da möhkəmlənməsinə uğurlu töhfə olub.
Foto qalereya
Digər xəbərlər
