Macarıstanda Azərbaycan Diaspor Gənclərinin Beynəlxalq Forumu işə başlayıb
2 fevral, 2024
Budapeştdə Azərbaycan Evinin təşkilatçılığı ilə 2 Fevral – Gənclər Günü münasibətilə Azərbaycan Diaspor Gənclərinin Beynəlxalq Forumu işə başlayıb.
“Post-münaqişə dövründə Azərbaycan diaspor gənclərinin fəaliyyəti: perspektivlər və çağırışlar” mövzusunda keçirilən Forumda Macarıstan daxil olmaqla, 40-a yaxın ölkədən 120 azərbaycanlı gənc iştirak edir. Tədbirə xaricdə fəaliyyət göstərən tələbə və gənclər təşkilatlarının rəhbərləri, beynəlxalq təşkilatların azərbaycanlı nümayəndələri, beynəlxalq müsabiqə laureatları, gənc sahibkarlar, həmçinin Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə, Diasporla İş üzrə Dovlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov, eləcə də Gənclər və İdman Nazirliyinin əməkdaşı Rüstəm Abdullayev də qatılıblar.
Açılış mərasimindən sonra Forum panellər üzrə işini davam etdirəcək. Panellərdə gənclərin vətənpərvərliyi, ictimai həyatda iştirakı, beynəlxalq əməkdaşlığı, təhsil və elmin inkişafında yeri və rolu istiqamətlərində müzakirələr aparılacaq. Həmçinin son ilər ərzində diaspor sahəsində gorülən işlər barədə hesabat veriləcək, qarşıda duran vəzifələr, Azərbaycan gəncliyinin beynəlxalq aləmdə uğurları müzakirə olunacaq. Ötən il Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində 70 ölkədən olan diaspor nümayəndələrinin təşəbbüsü ilə yaradılan "BİZ - Zəfər Yoluna Davam!" Təşəbbüs Qrupunun gənc üzvlərindən ibarət iclası baş tutacaq.
Tədbirin sonunda Forum iştirakçılarının bəyanatı qəbul olunacaq.
Foto qalereya
Digər xəbərlər