Brüssel Azərbaycan Evi beynəlxalq ictimaiyyətə azərbaycanlıların yaşamaq hüququnu xatırladıb

8 dekabr, 2023

Brüssel Azərbaycan Evi beynəlxalq ictimaiyyətə azərbaycanlıların yaşamaq hüququnu xatırladıb

Şuşa və Füzuli rayonlarında mina partlaması nəticəsində daha iki azərbaycanlı mülki şəxsin – Zamin Həsənli və Rahim Həbibovun ağır yaralanması xəbəri Belçikada yaşayan Azərbaycan icmasını hiddətləndirib.

Brüssel Azərbaycan Evi adından beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda bu xəbər Ermənistanın yerləşdirdiyi minaların Azərbaycanda insan həyatı üçün təhlükə yaratmasının davam etməsi kimi qiymətləndirilib. Nəzərə çatdırılıb ki, 44 günlük müharibənin bitməsindən bəri Azərbaycanda mina qurbanlarının sayının 340 nəfərə çatıb.

Yaşamaq hüququnun ən əsas insan hüquqlarından biri olduğunu xatırladan birlik beynəlxalq ictimaiyyəti humanitar minatəmizləmənin BMT-nin dayanıqlı inkişafının 18-ci hədəfi kimi tanınmasını dəstəkləməyə çağırıb.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər