Bişkekdə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan futbol turniri keçirilib

26 may, 2025

Bişkekdə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan futbol turniri keçirilib

Qırğızıstanın paytaxtı Bişkekdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan IV ənənəvi futbol turniri keçirilib.

Qırğızıstan Azərbaycanlılarının “Birlik” İctimai Birliyi tərəfindən təşkil olunan yarışda Bişkek şəhərinin, Kant, Novonikolaevka kəndlərinin komandaları, həmçinin Merke kəndindən qonaqlar iştirak ediblər.

Turnir mehribanlıq və dostluq şəraitində keçib, həm idmansevərləri, həm də Ulu Öndərin böyük irsinə hörmət bəsləyən insanları bir araya toplayıb.

Komandalardan “Novıy Put” (Bişkek) birinci, “Kant” (Kant) ikinci, “Birlik” (Bişkek) isə üçüncü yerin sahibi olublar.

Sonda komandalara kubok və medallar təqdim edilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər