Berlində “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evi Novruz şənliyi təşkil edib
24 mart, 2024
Almaniyanın Berlin şəhərində fəaliyyət göstərən “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin üzvləri üçün Novruz bayramı şənliyi keçirilib.
Mədəniyyət evinin nəzdindəki Azərbaycan həftəsonu məktəbinin Ana dili kursunun şagirdləri bayrama aid şeir və mahnılar səsləndirib, Ritm rəqs qrupunun üvzləri isə milli rəqslərimizi ifa ediblər.
Ötən Novruz çərşənbələrində milli adət-ənənələrimizi öyrənən uşaqlar bu tədbirdə onları əyani şəkildə göstəriblər. Uşaqlar “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin rəhbəri Sevda Badliouri və Azərbaycan dili müəllimi Xəyalə Çiftçi ilə səməni qoyub, yumurta boyayıb, yumurta döyüşdürüb, milli şirniyyatlar hazırlayıb. xonçalar bəzəyib və papaq atıblar. Tədbirdə əsl Novruz ab-havası yaşanıb.
Foto qalereya
Digər xəbərlər