Azərbaycan icması Norveçin milli bayramını təbrik edib
22 may, 2025
“Norveç Azərbaycanlıları Gənclər Təşkilatı” Norveç Krallığının milli bayramı – Konstitusiya Günü münasibətilə həmin ölkənin hökumətini və yerli ictimaiyyətini təbrik edib.
Təbrikdə Norveç xalqına davamlı sülh, firavanlıq və tərəqqi arzulanıb, orada yaşayan azərbaycanlıların ölkənin sosial və mədəni həyatına verdiyi töhfələr, müxtəlif sahələrdə əldə etdiyi uğurlar, fəal vətəndaş mövqeyi diqqətə çatdırılıb.
Qeyd edək ki, 2005-ci ildə yaradılan “Norveç Azərbaycanlıları Gənclər Təşkilatı” Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması, mədəniyyətimizin təbliği, soydaşlarımızın inteqrasiyası istiqamətində bir çox layihələrə imza atıb.
Foto qalereya
Digər xəbərlər