Bayrağımız Kanadanın Saskatun şəhərində ucaldılıb

30 may, 2025

Bayrağımız Kanadanın Saskatun şəhərində ucaldılıb

28 May – Müstəqillik Günü münasibətilə Kanadanın Saskaçevan əyalətinin Saskatun şəhərində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib.

Mərasim Saskaçevandakı Azərbaycan Birliyinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə Saskaçevan Qanunvericilik Assambleyasının üzvləri – “Saskatoon Willowgrove” seçki dairəsindən Ken Çeveldeyoff və “Saskatoon Silverspring” dairəsindən Hyu Qordon, eləcə də Şəhər Şurasının 9-cu dairə üzrə üzvü Bev Dübua və 2-ci dairə üzrə üzvü Senos Timon, həmçinin yerli Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Azərbaycan və Kanadanın Dövlət himnlərinin sədaları altında üçrəngli bayrağımız səmaya ucaldılıb.

Çıxışçılar Kanada azərbaycanlılarını bu əlamətdar gün münasibətilə təbrik edib, əyalətin mədəni müxtəlifliyinə verdikləri töhfələrə görə soydaşlarımıza təşəkkürlərini bildiriblər.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər