Bakıda Holokost qurbanlarının xatirəsinə həsr olunan anım tədbiri keçirilib
30 may, 2025
Bakıda hər il yəhudi təqvimi ilə İyar ayının 26-da qeyd edilən Qurtuluş və Azadlıq Gününə həsr olunan əlamətdar tədbir keçirilib. “STMEGİ” Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycandakı yəhudi icmalarının nümayəndələri, dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə İkinci Dünya müharibəsi dövründə Azərbaycan xalqının göstərdiyi şücaətdən, qələbəyə verdiyi töhfələrdən bəhs edilib.
STMEGİ-Azərbaycan nümayəndəliyinin rəhbəri Şaul Davıdov qələbənin təmin olunmasında Azərbaycan xalqının danılmaz xidmətlərindən danışıb. Yüz minlərlə azərbaycanlının ön cəbhədə döyüşərək həlak olduğunu, Bakı nefti və azərbaycanlı neftçilərin fədakar əməyinin faşizm üzərində qələbədə həlledici rol oynadığını bildirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Cahandar İsmayılov çıxışında Azərbaycan və yəhudi xalqı arasında əsrlər boyu formalaşmış dostluq münasibətlərindən, birgəyaşayış və qarşılıqlı hörmət ənənələrindən danışıb. Xocalı və Holokost soyqırımları arasında tarixi paralellər aparıb. Bu cür faciələrin beynəlxalq ictimaiyyət tərəfindən həm hüquqi, həm də mənəvi baxımdan ədalətlə qiymətləndirilməli olduğunu diqqətə çatdırıb.
Foto qalereya
Digər xəbərlər