“Azərbaycanın Dostları” təşkilatı Anqolada məktəblilərin əl işlərindən ibarət rəsm sərgisi təşkil edib

27 iyun, 2024

“Azərbaycanın Dostları” təşkilatı Anqolada məktəblilərin əl işlərindən ibarət rəsm sərgisi təşkil edib

Anqolanın Luanda şəhərindəki Camunga mərkəzində məktəblilərin əl işlərindən ibarət rəsm sərgisi keçirilib.

Sərgi Anqolada fəaliyyət göstərən “Azərbaycanın Dostları” təşkilatının dəstəyi və Camunga Orkestrinin mərkəzinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya uğrunda Həmrəylik İli”, COP29 Bakı və Afrikalı Uşaq Günü çərçivəsində baş tutub.

Təşkilatın prezidenti Billurə Bayramova Bernard bildirib ki, mərkəz valideynlərini itirmiş, aztəminatlı və qüsurlu uşaqların evidir. Tədbir həmin uşaqlarla işləmək və onlar üçün yeni dünyaya bir pəncərə açmaq məqsədi daşıyır. Onun sözlərinə görə, yerli mərkəzlərlə işbirliyi ölkələr arasındakı mədəni, iqtisadi, elmi körpülərin qurulmasına şərait yaradır. Mərkəzlərdə təhsil alan gənclər müxtəlif ölkələrin dili, mədəniyyəti və tarixi haqqında məlumatları öyrənirlər.

Sərgidə çıxışçılar tədbirin əhəmiyyətindən danışıb, ekoloji mühitin yaxşılaşdırılması və bununla bağlı müvafiq tədbirlərin görülməsinin bütün ölkələrin prioritet vəzifəsi olduğunu bildiriblər. Belə sərgilərin keçirilməsinin məqsədi insanların, xüsusilə gənclərin ekoloji proseslərdə fəal iştiraka sövq edilməsi, bu sahədə maarifləndirmə işinin genişləndirilməsidir.

Sərgidən sonra iştirakçılar Luandada yeni açılmış Elm Muzeyini də ziyarət ediblər.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Sərgi Anqola mətbuatında işıqlandırılıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər