Gürcüstandakı soydaşlarımız II Türk İnteqrasiya Olimpiadasında uğur qazanıblar
8 may, 2025
Bakıda Türk dünyası II Türk İnteqrasiya Olimpiadası (TİO) keçirilib. Olimpiadada 20-dən çox ölkədən olan azərbaycanlı məktəblilər iştirak ediblər. TİO-da bir sualın şərtində və cavab variantlarında 2 – 5 fənnin inteqrasiyası öz əksini tapıb. Hər sualda bu fənlərdən biri mütləq Türk dünyasının coğrafiyası, ədəbiyyatı, tarixi, mədəniyyəti və ortaq elmi barədə olub.
Olimpiadada 1-ci mərhələdə 8 ölkədən 3000-dən çox şagird iştirak edib. Onların 170-i final mərhələsində iştirak haqqı qazanıb. Final mərhələsində biliklərini sınayan şagirdlərdən 20-si qızıl, 20-si gümüş, 20-si isə bürünc medalla təltif olunub. Ən yüksək nəticə göstərən 3 şagird Doğu Akdeniz Universitetindən 100% təqaüd əldə edib.
TİO-ya Gürcüstandan gələn şagirdlərin hər biri medal qazanıb. Belə ki, “Alyans” Gənclər Mərkəzindən Nəzrin Qənbərli qızıl, "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi"ndən Muhammed Qasımov və Sibel Qasımova gümüş, Məhəmmədəli Allahyarov bürünc medalla təltif olunublar.
Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində Gürcüstanda fəaliyyət göstərən Mərkəzlərin yetirmələri ikinci ildir ki, TİO-da iştirak edir və uğurlu nəticələr göstərir.
Foto qalereya
Digər xəbərlər