Azərbaycan Respublikasının Prezidenti Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarını təltif edib
21 iyun, 2025
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyun 2025-ci il tarixində imzaladığı Sərəncama əsasən, Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilənlər sırasında Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları da var.
Əliyev Şahrza Hacı oğlu “Tərəqqi” medalı ilə, Salmanov Zaur Nizami oğlu və Vəliyeva Gülmira Rasim qızı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər.
Dövlət qulluqçularının fəaliyyətinə verdiyi yüksək qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk. Təltif olunan həmkarlarımızı təbrik edir, onlara şərəfli və məsuliyyətli işlərində yeni-yeni uğurlar arzulayırıq.
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər