Azərbaycan icmasının nümayəndələri Melburndakı Qlobal Sahibkarlıq Konqresinə qatılıb
3 oktyabr, 2023
Melburn şəhərində keçirilmiş Qlobal Sahibkarlıq Konqresində (GEC-2023) Avstraliyada və Yeni Zelandiyada yaşayan Azərbaycan icmasının nümayəndələri də iştirak ediblər.
Yeni Zelandiyada və Melburnda sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamları Qalib Mahmudov və Kənan Həsənov konqres çərçivəsində yeni innovativ bizneslərə, ekosistemlərə və startaplara dair müxtəlif ölkələrin rəsmi şəxslərinin və mütəxəssislərinin bir sıra maraqlı təqdimatlarına qatılıblar. Bundan başqa, soydaşlarımızın Yeni Zelandiyada yerləşən İsrail İnnovasiya Mərkəzinin təmsilçisi Coş Braun, “Rebel Education” Mərkəzinin təmsilçisi Toni Henderson, Honkonqdakı “Aerosim” təmsilçisi Mettis Çanqla görüşləri keçirilib.
Qeyd edək ki, bu konqresdə ABŞ, Azərbaycan, Avstraliya, İsrail, Hindistan, Çin, Kamboca, Portuqaliya, Cənubi Afrika və digər ölkələr təmsil olunub.
Foto qalereya
Digər xəbərlər