Azərbaycan Evində “Bülbül” kitabının təqdimatı olub
2 iyun, 2025
Çexiyanın paytaxtı Praqada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evində "Bülbül" adlı Azərbaycan dili əlifbası kitabının təqdimatı keçirilib. Təqdimat Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.
Londonda yaşayan soydaşımız, gənc pedaqoq və filoloq Emiliya Cəbrayılova müəllifi olduğu kitabın ərsəyə gəlməsindən danışıb. Bu nəşrin xaricdə böyüyən uşaqlarımızın ana dilinə olan bağlılığını gücləndirəcəyini və dilimizin incəliklərinin daha yaxşı mənimsənməsinə töhfə verəcəyini vurğulayıb.
Daha sonra Mədəniyyət Evinin nəzdindəki həftəsonu məktəbinin şagirdlərinə “Bülbül” kitabları təqdim olunub.
Tədbir iştirakçıları kitabın müəllifinə və layihəyə göstərilən dəstəyə görə komitə rəhbərliyinə təşəkkür ediblər.
Foto qalereya
Digər xəbərlər