Azərbaycan diasporu Lüksemburq Parlamenti ilə əməkdaşlığı genişləndirir

13 iyul, 2026

Azərbaycan diasporu Lüksemburq Parlamenti ilə əməkdaşlığı genişləndirir

Lüksemburqda fəaliyyət göstərən Lüksemburq-Azərbaycan Dostluq Assosiasiyasının rəhbəri Seymur Əhmədov və təşkilatın üzvləri Lüksemburq Parlamentinin prezidenti Klod Vizeler ilə görüşüb.

Parlamentin inzibati binasında baş tutan görüş zamanı LuxAz-ın fəaliyyəti, həyata keçirdiyi və gələcəkdə planlaşdırdığı layihələr, eləcə də yeni istifadəyə verilən LuxAz mərkəzi barədə geniş məlumat verilib.

Bununla yanaşı, Lüksemburqda yaşayan, müxtəlif sahələrdə uğur qazanan azərbaycanlıların cəmiyyətə inteqrasiyası və icmamızın fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkə arasında idman sahəsində əməkdaşlıq imkanlarını da müzakirə ediblər.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər