Azərbaycan bayrağı Nyu Yorkun məşhur parkında ucaldılıb

30 may, 2025

Azərbaycan bayrağı Nyu Yorkun məşhur parkında ucaldılıb

Nyu Yorkun məşhur Uoll Strit (Wall Street) küçəsində yerləşən və nəhəng bayraq meydanı kimi tanınan "Bowling Green" parkında 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılıb.

Bayraqqaldırma mərasimi  Azərbaycan - Amerika Gənclər Federasiyası və Azərbaycan Nyu York Assosiasiyasının birgə təşkilatçılığı ilə  baş tutub.

Mərasimdə Nyu York və ətraf ştatlardan olan diasporumuzun fəalları, tələbələr və Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin diplomatları iştirak ediblər.

Üçrəngli, ay-ulduzlu bayrağımız Dövlət Himnimizin sədaları altında Nyu York səmasına qaldırılıb.

Ərazini ziyarət edən turistlər bayrağımızın fonunda şəkil çəkdiriblər.

Azərbaycan bayrağı "Bowling Green"də 10 gün dalğalanacaq.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər