“Arqumentı i faktı” qəzeti Heydər Əliyev haqqında məqalə dərc edib

26 may, 2023

“Arqumentı i faktı” qəzeti Heydər Əliyev haqqında məqalə dərc edib

Rusiyanın “Arqumentı i faktı” qəzetində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Öndə gedən” (“Идущий впереди”) sərlövhəli məqalə dərc olunub.

“Arxangelsk vilayətinin Azərbaycan diasporu” regional ictimai təşkilatının təşəbbüsü ilə dərc olunan məqalədə 10 may 2023-cü il tarixində 100 illik yubileyi qeyd olunan Heydər Əliyev milli tarix yaradan lider və əfsanəvi şəxsiyyət adlandırılıb: “O, dövrünün əsl əfsanəsi, güclü dövlət başçısı, fədakar şəxsiyyət və dövlət quruculuğu kimi çətin tarixi vəzifəni öz üzərinə götürməyə qadir olan nadir şəxsiyyət kimi yadda qalıb”.

“Heydər” sözünün “öndə gedən” mənası daşıdığı, onunla görüşən hər kəsin Heydər Əliyevin fantastik xarizmasına, insanlığına və qeyri-adi güclü şəxsi cazibəsinə heyran qaldığı vurğulanıb.  

Heydər Əliyevin sovet dövründə və Azərbaycanın müstəqilliyi illərində siyasi fəaliyyəti, ölkəsinin müstəqilliyinin dönməzliyinin təmin olunması naminə həyata keçirdiyi misilsiz xidmətləri barədə məlumat verilib. Prezidentin fenomenal şəxsi keyfiyyətlərə, insanları arxasınca aparmaq qabiliyyətinə malik olduğu xatırlanıb: “Söz onun ən güclü silahı idi. Onda böyük siyasətçinin peyğəmbərlik uzaqgörənliyi və sərkərdəlik cəsarəti birləşmişdi”. 

Məqalədə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Vladimir Suxoyun Azərbaycanın ümummilli lideri haqqında fikirlərinə yer verilib. Professor bildirib ki, Azərbaycanın 35 illik tarixi birbaşa Heydər Əliyevin adı ilə bağlıdır: “Onun siyasi intuisiyası və əvəzolunmaz insani keyfiyyətləri gənc dövlətin ayağa qalxmasına və müstəqil ölkə kimi XXI əsrə uğurla qədəm qoymasına imkan verdi”.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər