Almaniyada Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir keçirilib
13 may, 2025.jpeg)
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Almaniyanın Maqdeburq şəhərində boks turniri keçirilib.
Turnir “Odlar Yurdu” Boks Klubunun təşkilatçılığı və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.
Klubun rəhbəri Azad Əzizov yarışın təşkilinə göstərdiyi dəstəyə görə komitəyə minnətdarlığını ifadə edib. Turnirə Maqdeburq və ətraf şəhərlərdən 100-ə yaxın idmançı qatılıb. Qaliblərə üzərində Ulu Öndər Heydər Əliyevin təsviri və adı yazılmış medallar təqdim olunub.
Qeyd edək ki, “Odlar Yurdu” Boks Klubu hər il ənənəvi olaraq Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan yarışlar təşkil edir. Bu turnirlərin məqsədi Ulu Öndərin xatirəsini əziz tutmaq, dahi şəxsiyyətin azərbaycançılıq məfkurəsini və Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərini təbliğ etmək, eyni zamanda xaricdə yaşayan azərbaycanlılar arasında birlik və həmrəyliyi gücləndirməkdir.
Foto qalereya
Digər xəbərlər