ABŞ-də soydaşımızın solo konserti və ustad dərsi olub
11 mart, 2025.jpg)
ABŞ-nin Arlinqton şəhərindəki Texas Universitetində azərbaycanlı pianoçu Fidan Ağayeva-Edlerin solo konserti və ustad dərsi olub.
Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan-Amerika Musiqi Fondunun dəstəyi ilə baş tutub konsertdə Türkər Qasımzadə, Rəhilə Həsənova, Ayaz Qəmbərli, Firəngiz Əlizadə, Arnold Şönberq, Corc Kramb və Çaya Çernovinin əsərləri ifa edilib. Soydaşımızın ifası tamaşaçılarda böyük maraq doğurub.
Bununla yanaşı, universitetin tələbələri üçün ustad dərsləri də keçirilib. Fidan Ağayeva-Edler öz zəngin təcrübəsi, bilik və bacarıqlarını tələbələrlə bölüşüb. Bu dərslər gənclərin müasir fortepiano ifaçılığına dair dərin biliklər qazanmasına imkan yaradıb.
Qeyd edək ki, Almaniyada yaşayan Fidan Ağayeva-Edler dünya pianoçuları arasında öz müasir ifaları və peşəkarlığı ilə seçilir, musiqisevərlərin rəğbəti ilə qarşılanır. O, Berlinin müasir musiqi həyatında aktiv fəaliyyət göstərməklə yanaşı, bəstəkarlarla da sıx əməkdaşlıq edir.
Foto qalereya
Digər xəbərlər