Azərbaycan-İrlandiya Mədəniyyət Assosiasiyasının sədri Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

25 noyabr, 2026

Azərbaycan-İrlandiya Mədəniyyət Assosiasiyasının sədri, İrlandiyada fəaliyyət göstərən “Ashraf & Anna” Musiqi Məktəbinin təsisçisi və rəhbəri, İrlandiyada Azərbaycanın ictimai-mədəniyyət xadimi Əşrəf Tağıyev 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda Prezident İlham Əliyevə və xalqımıza səmimi təbriklər çatdırılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı bu Qələbənin soydaşlarımızda doğurduğu hisslər ifadə olunub.

Azərbaycan-İrlandiya Mədəniyyət Assosiasiyasının sədri Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər