Amerika Azərbaycan Təşkilatları Alyansının üzvləri ilə görüş keçirilib
19 avqust, 2024Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində Amerika Azərbaycan Təşkilatları Alyansının üzvləri ilə görüşüb.
Amerika Azərbaycan Təşkilatları Alyansının sədri Münəvvər Vahabova 2024-cü ildə ABŞ-də rəsmi qeydiyyatdan keçən, 18 Azərbaycan diaspor təşkilatını özündə birləşdirən təşkilatın fəaliyyət istiqamətləri barədə geniş məlumat verib, gələcək planlarla bağlı müzakirə aparmağın vacibliyinə diqqət çəkib. Çıxış edənlər ABŞ-dəki Azərbaycan diaspor təşkilatlarının birlikdə çalışmasının, ortaq layihələr həyata keçirmələrinin müsbət nəticələr verdiyini diqqətə çatdırıblar. DİDK sədri təşkilatın bundan sonrakı iş prinsipləri ilə bağlı tövsiyyələrini verib, koordinasiyalı fəaliyyətin, şəbəkələşmənin vacibliyini qeyd edib.
Görüşdə Amerika Azərbaycan Təşkilatları Alyansının perspektivləri barədə danışılıb, yeni layihələr və onların birgə icra olunması yolları barədə fikir mübadiləsi aparılıb.
Görüş icma üzvlərini maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
Foto qalereya
Digər xəbərlər