Azərbaycan Çexiya üçün vacib strateji tərəfdaşlardan biridir
8 may, 2026
Çexiyada yaşayan azərbaycanlı sahibkar Elşad Tağıyev çex jurnalist Ondrej Koutníkin “Döyüşçülər klubu” podkastına müsahibə verib.
Müsahibə zamanı Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri, iki ölkə arasında siyasi-iqtisadi münasibətlər və regional əməkdaşlıq perspektivləri geniş müzakirə edilib. Xüsusilə Prezident İlham Əliyev və Baş nazir Andrey Babişin iştirakı ilə keçirilən Azərbaycan–Çexiya biznes forumunun iqtisadi əməkdaşlığın genişlənməsi baxımından mühüm platforma olduğu vurğulanıb.
Elşad Tağıyev bildirib ki, Azərbaycan Çexiya üçün vacib strateji tərəfdaşlardan biridir və hazırda Çexiyada istehlak olunan neftin təxminən 40 faizi Azərbaycandan idxal edilir. Bu göstərici Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunu aydın şəkildə nümayiş etdirir.
Müzakirələrdə Avropanın yeni enerji xəritəsi, qaz təchizatı marşrutları, nəqliyyat dəhlizləri, eləcə də Bakıdakı çex şirkətlərinin fəaliyyəti də diqqət mərkəzində olub. Praqa ilə Bakı arasında inkişaf edən əməkdaşlığın regional və geosiyasi əhəmiyyəti vurğulanıb, əlaqələrin daha da genişlənəcəyi bildirilib.
Müsahibəni daha ətraflı aşağıdakı link vasitəsilə izləmək mümkündür:
Digər xəbərlər
