“Göz qırpımında” adlı sənədli filmin tamamlanması məqsədilə ianə kampaniyasına start verilib
25 sentyabr, 2023ABŞ-Azərbaycan Mədəniyyət Fondu “Göz qırpımında” sənədli filminin tamamlanması məqsədilə ianə kampaniyasına start verib.
Layihəyə yəhudi əsilli amerikalı jurnalist, ABŞ-Azərbaycan Mədəniyyət Fondunun prezidenti Nurit Qringer ABŞ-ın “Cachet Worldwide Productions” şirkətinin rəhbəri Eti El-Kiss ilə birlikdə rəhbərlik edir.
Sənədli filmin sujet xətti azərbaycanlı müharibə qazisi Arif Hacıyevin 2-ci Qarabağ müharibəsində yaralanmasından, onun keçirdiyi buynuz qişasının transplantasiyası əməliyyatından, reabilitasiyasından və buynuz qişası donorunun ailəsi ilə görüşmək üçün İsrailə səfərindən bəhs edir.
Qeyd edək ki, Arifin İsrailə 4 günlük səfəri Nurit və Etinin müşayiəti və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.
Sənədli filmdə Arifin onu əməliyyat edən israilli oftalmoloq Dr. Yishay Falik, eləcə də buynuz qişası donorunun ailə üzvləri ilə görüşü də öz əksini tapıb.
Filmdə Azərbaycan və İsrail arasında son 32 il ərzində mövcud olan səmimi münasibətlərdən də bəhs edilir.
Sənədli filmin prodüserləri Nurit və Etinin fikrincə, bu film ABŞ-da və ondan kənarda Azərbaycan haqqında müsbət rəyin formalaşmasında və təbliğində mühüm rol oynaya bilər.
"Göz qırpımında" sənədli filminimin premyerasının Bakıda baş tutacağı, filmin müxtəlif festivallarda təqdim ediləcəyi gözlənilir. Filmin tanıtım çarxını aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=UAYZu6Bd3FM&t=55s
Aşağıdakı linkə keçid etməklə siz də ianə kampaniyasında iştirak edə bilərsiniz:
Digər xəbərlər