Yaroslavl şəhərində Novruz bayramı qeyd edilib

27 mart, 2023

Yaroslavl şəhərində Novruz bayramı qeyd edilib

Rusiyanın Yaroslavl şəhərində yaşayan Azərbaycan icmasının Novruz bayramına həsr olunmuş tədbiri keçirilib.

 “Yaroslavl Azərbaycan Qadınları” ictimai təşkilatı və “Xəzər” rəqs ansamblının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə yerli hakimiyyət orqanlarının rəsmiləri və müxtəlif icmaların nümayəndələri iştirak ediblər. 

Tədbir iştirakçılarını salamlayan “Yaroslavl Azərbaycan Qadınları” ictimai təşkilatının sədri Xatirə Qəmbərova soydaşlarımızı və türk xalqlarının nümayəndələrini baharın müjdəçisi, barış, nikbinlik, bərəkət, dostluq, xeyirxahlıq rəmzi olan Novruz bayramı münasibətilə təbrik edib.

Tədbirdə çıxış edən qonaqlar bayram münasibətilə soydaşlarımıza xoş arzularını bildiriblər, Azərbaycan icmasının Yaroslavl şəhərinin mədəni müxtəlifliyinə verdiyi töhfələri yüksək qiymətləndiriblər.

Şənlik zamanı qonaqlara Novruz xonçası təqdim olunub, konsert proqramı və Novruza xas əyləncəli oyunlar nümayiş etdirilib.

Tədbir çərçivəsində təşkil olunmuş Azərbaycan guşəsində xalqımızın mədəniyyətini, adət-ənənələrini və Novruz bayramını əks etdirən nümunələr nümayiş etdirilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər