Tanınmış tarzən Oslodakı Nizami Gəncəvi adına Azərbaycan həftəsonu məktəbinin qonağı olub
17 mart, 2023
Norveçə səfəri çərçivəsində Azərbaycanın əməkdar artisti, Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr və “Tərəqqi” medalı laureatı, tarzən Sahib Paşazadə paytaxt Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına Azərbaycan həftəsonu məktəbini ziyarət edib.
Qonağa məktəbin Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Norveç Azərbaycanlı Gənclər Təşkilatının (NAYO) nəzdində fəaliyyət göstərdiyi, şagirdlərin Azərbaycan dilinə, ədəbiyyatına, musiqi və rəsm dərslərinə, Azərbaycan bəstəkarlarının əsərlərinə, milli musiqi alətlərinə böyük maraq göstərdikləri barədə ətraflı məlumat verilib.
Tanınmış tarzən Azərbaycan diasporunun uzaq Norveçdə böyüyən uşaqlarımızın doğma dilimizi mənimsəməsi, tariximizə, mədəniyyətimizə bələd olması ilə bağlı həyata keçirdiyi bu layihəni yüksək qiymətləndirib, tarda Azərbaycan muğamından bir parça ifa edib.
Foto qalereya
Digər xəbərlər