Samsunda Novruz bayramı qeyd edilib

23 mart, 2023

Samsunda Novruz bayramı qeyd edilib

Türkiyənin Samsun vilayətinin Canik rayonunda Novruz bayramına həsr olunmuş “Yurdumuza bahar gəlir” adlı tədbir keçirilib.

Orta Qaradəniz Azərbaycan Türkləri və Türksoylular Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbirdə öncə Türkiyədəki dağıdıcı zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın Dövlət Himnləri səsləndirilib.

Tədbir iştirakçılarını salamlyan dərnəyin sədri Məsudə Vəliyeva Altın baharın müjdəçisi, barış, bolluq, bərəkət, saflıq və xeyirxahlıq rəmzi olan bayram münasibətilə türk xalqlarını təbrik edib və xoş arzularını bildirib. “Aylarımızın, illərimizin bahar kimi gözəl və bərəkətli olmasını, dövlətimizin və bütün türk dünyasının hər zaman əmin-amanlıq və şadlıq içində yaşamasını arzulayıram”, - deyə o, söyləyib.

Sonra türk xalqlarının rəqsləri nümayiş etdirilib, Novruz süfrəsi açılıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər