Pyatiqorskda Novruz şənliyi təşkil edilib

23 mart, 2023

Pyatiqorskda Novruz şənliyi təşkil edilib

Rusiyanın Stavropol diyarının Pyatiqorsk şəhərində Novruz bayramına həsr olunmuş şənlik keçirilib.

“Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə 100 nəfərə yaxın soydaşımız iştirak edib.

Öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçılarını salamlayan “Araz" Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Təhmasib Zeynalov baharın müjdəçisi, barış, bərəkət, nikbinlik, xeyirxahlıq rəmzi olan Novruz bayramının tarixindən və əhəmiyyətindən danışıb. Bayram münasibətilə soydaşlarımızı təbrik edib və xoş arzularını bildirib.

Tədbirdə çıxış edən gənclər şöbəsinin rəhbəri Araz Məhərrəmov, Pyatirorsk şəhər gənclər parlamentinin deputatı Elçin Cənnətov, diaspor fəalı Mübariz Osmanov, qadınlar şöbəsinin rəhbəri Sünbül Zeynalova bayram təbriklərini çatdırıblar.

Tədbir Novruza xas əyləncəli oyunlar və milli rəsqlərimizlə davam edib. 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər