Özbəkistandakı icmamız Türkiyənin Daşkənddəki səfirliyinə başsağlığı məktubu ünvanlayıb

9 fevral, 2023

Özbəkistandakı icmamız Türkiyənin Daşkənddəki səfirliyinə başsağlığı məktubu ünvanlayıb

Özbəkistanda fəaliyyət göstərən Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) Türkiyənin cənub-şərqində baş vermiş dəhşətli zəlzələ ilə bağlı qardaş ölkənin Daşkənddəki səfirliyinə başsağlığı məktubu ünvanlayıb.

Məktubda Özbəkistanda yaşayan Azərbaycan diasporu adından qardaş türk xalqına və həlak olanların ailələrinə başsağlığı verilib, yaralılara tezliklə sağalmaları arzulanıb. “Bu ağır dövrdə qəlblərimiz qardaş türk xalqı və dərin hüzn içində olan ailələrlə birlikdədir”, - deyə məktubda vurğulanıb.

Qeyd edək ki, RAMMM dəhşətli zəlzələ ilə bağlı yardım kampaniyasına başlayıb. Hazırda mərkəzdə yaradılmış operativ qərargahda Türkiyəyə yola salınması üçün ianə, mini generatorlar, elektrik qızdırıcıları, elektrik sobaları, ərzaq, yataq dəstləri və gigiyenik vasitələr toplanır.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər