Niderlanddakı katolik kilsəsində Azərbaycan şəhidləri yad edilib

29 sentyabr, 2022

Niderlanddakı katolik kilsəsində Azərbaycan şəhidləri yad edilib

 

Niderlandın Hertogenbos şəhərindəki Müqəddəs İohan kafedral kilsəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib.

 

Niderlandda yaşayan diaspor fəalı Səltənət Rəvanqızının təşəbbüsü ilə torpaqlarımızın erməni işğalından azad edilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhuna dualar edilib və şam yandırılıb.

 

Azərbaycanlı şəhidlərə həsr olunan dua mərasimi barədə xəbər kilsənin saytında öz əksini tapıb.

 

Qeyd edək ki, Niderland hökimətindən maliyyə dəstəyi alan Müqəddəs İohan kilsəsi ölkənin milli abidəsi hesab edilir.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər