MMA üzrə Azərbaycan yığması Heydər Əliyevin Belqraddakı abidəsini ziyarət edib

18 fevral, 2023

MMA üzrə Azərbaycan yığması Heydər Əliyevin Belqraddakı abidəsini ziyarət edib

Azərbaycan Qarışıq Döyüş Sənəti Federasiyasının (AZMMAF) milli komandası müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin Belqraddakı abidəsini ziyarət edib.  

Belqrad Universitetində Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Günel Babanlı bildirib ki, ziyarət zamanı Azərbaycan MMA Federasiyasının prezidenti Rövşən Həsənov və milli komandanın üzvləri Taşmaydan parkında yerləşən abidənin önünə gül dəstəsi qoyub və xalqımızın dahi şəxsiyyətinin əziz xatirəsini böyük ehtiramla yad ediblər. 

Qeyd edək ki, bu il keçirilən MMA dünya çempionatına Serbiya ev sahibliyi edir. Milli komandamız bu mötəbər turnirdə iştirak edir. 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər