Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Tbilisidə qeyd edilib

13 may, 2025

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Tbilisidə qeyd edilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə "Alyans" Gənclər Mərkəzinin təşəbbüsü və Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə Tbilisidə təntənəli tədbir keçirilib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, “SOCAR”-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) İdarə Heyətinin sədri Nəriman Qurbanov, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin rəhbərləri, ictimaiyyət  nümayəndələri, tələbələr, eləcə də  Azərbaycandilli  məktəblərin müəllim və şagirdləri iştirak ediblər.

Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi ziyarət edilib, əklil və gül dəstələri düzülüb. Parkda Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotosərgi nümayiş olunub.

Tədbir iştirakçılarına dünyaşöhrətli siyasətçi, nəhəng dövlət xadimi, gürcü xalqının da yaxın dostu Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib.

Məktəblilər Ulu Öndər Heydər Əliyevə həsr olunan şeirlər səsləndiriblər. Sonda “Alyans” Gənclər Mərkəzi tərəfindən “Heydər Əliyev İli” çərçivəsində Tbilisi Botanika Bağında əkilən ağaclar suvarılıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər