Küveytdəki diasporumuz Novruz bayramı münasibətilə bir araya gəlib

25 mart, 2023

Küveytdəki diasporumuz Novruz bayramı münasibətilə bir araya gəlib

Küveytdə yaşayan Azərbaycan icmasının Novruz bayramına həsr olunmuş tədbiri keçirilib.

 “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan bayram şənliyində soydaşlarımız, Türkiyə və Küveyt vətəndaşları iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə xalqımızı, dünya azərbaycanlılarını və türk dünyasını bayram münasibəti ilə təbrik edib. Baharın qədəmlərinin bütün Turan elləri üçün düşərli və uğurlu olmasını arzulayıb.

Tədbirin bədii hissəsində Bahar qızının iştirakı ilə rəqslər nümayiş etdirilib, diasporumuzun yeniyetmə və gənc üzvlərinin ifasında Novruza həsr olunmuş şeirlər və mahnılar səsləndirilib.

Qonaqlara Novruz şirniyyatı paylanılıb. 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər