Azərbaycanlı pianoçu Nyu-York konsertinin gəlirini Türkiyəyə göndərəcək

15 fevral, 2023

Azərbaycanlı pianoçu Nyu-York konsertinin gəlirini Türkiyəyə göndərəcək

ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri Nərgiz Əlyarova bu ilin 30 mart tarixində “Carnegie Hall”da təşkil edəcəyi konsertin gəlirini Türkiyədəki zəlzələdən zərərçəkənlərə dəstək fonduna göndəriləcək.

Konsertdə Azərbaycanın əməkdar artisti Nərgiz Əliyarova görkəmli bəstəkarlar Volfhanq Amadey Motsart, Frederik Şopen, Sergey Raxmaninov və Qara Qarayevin əsərlərini ifa edəcək.

Klassik musiqi gecəsi mərkəzin 268 nəfərlik “Weill Recital Hall” konsert zalında axşam saat 19:00-da baş tutacaq.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər