“Azərbaycanın Dostları” Birliyi İsveçrədə festivalın əsas hadisəsi adlandırılıb

29 avqust, 2022

“Azərbaycanın Dostları” Birliyi İsveçrədə festivalın əsas hadisəsi adlandırılıb

“Azərbaycanın Dostları” Birliyi ölkəmizi İsveçrədə keçirilən milli geyim və rəqs festivalında uğurla təmsil edib.

Festivalda Azərbaycan, İspaniya, Portuqaliya, Finlandiya, Ukrayna, Sri-Lanka və digər ölkələrin milli-mədəni birlikləri iştirak edib. 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Azərbaycanın Dostları” Birliyinin təşkilatçılığı ilə Bakıdan dəvət olunan “Ritm” rəqs qrupu festivalda “Yallı”, Sarı gəlin”, “İgidlər”, “Azərbaycan naxışları”, “Odlar yurdu” və digər milli rəqslərimizi təqdim ediblər. Milli adət-ənənələrimizi əks etdirən bu rəqslər tamaşaçılarda böyük rəğbət doğurub.

Təşkilatçılar Bazel şəhərində fəaliyyət göstərən “Azərbaycanın Dostları” Birliyini festivalın əsas hadisəsi adlandırıblar və yüksək sənət nümunəsi nümayiş etdirən “Ritm” rəqs qrupuna xüsusi minnətdarlıqlarını bildiriblər.    

Qeyd edək ki, bu festival güləş üzrə İsveçrə çempionatı ərəfəsində təşkil olunub. 

 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər