Varşava Azərbaycan Evində yeni layihənin icrasına start verilib

31 oktyabr, 2022

Varşava Azərbaycan Evində yeni layihənin icrasına start verilib

Polşada fəaliyyət göstərən Varşava Azərbaycan Evində "Knowledge Exchange" adlı layihə çərçivəsində ilk görüş keçirilib.

Bu layihə Polşa Azərbaycanlıları Şurasının və Azərbaycan Tələbə Birliyi Platformasının (ASAP) birgə dəstəyi ilə həyata keçirilir. 

Polşa Azərbaycanlıları Şurasının sədri, Varşava Azərbaycan Evinin rəhbəri Fərid Cəfərli bildirib ki, görüş zamanı iştirakçıların fikirləri və problemləri dinlənilib. 7 nəfər işsiz soydaşımız qeydiyyata alınıb və yaxın vaxtlarda onların müvafiq işlə təmin olunmaları üçün tədbir görüləcək. Nəzərə çatdırıb ki, bu görüşlərin keçirilməsində məqsəd bilik mübadiləsi aparılması, biliklərin təkmilləşdirilməsi və ötürülməsidir. 

Qeyd edək ki, görüşlər hər həftənin bazar günü Varşava Azərbaycan Evində keçirilir. Polşanın digər şəhər və kəndlərində yaşayanlar üçün hər həftənin cümə günü onlayn görüşlər təşkil olunur. Bundan başqa, görüşlərdə iştirak etmək istəyən şəxslər Fərid Cəfərli ilə əlaqə saxlaya bilərlər.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər