Macarıstan Azərbaycan Evində Ümummilli Lider Heydər Əliyev yad edilib
13 may, 2025.jpeg)
Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümü münasibətilə Budapeşt şəhərindəki Macarıstan Azərbaycan Evində anım tədbiri keçirilib.
Tədbir Azərbaycan Evinin və "Azərbaycan Macarıstan Məzunlar Birliyi"nin təşkilatçılığı ilə baş tutub.
Mərasimə ölkəmizin Macarıstandakı səfiri Tahir Tağızadə, diaspor nümayəndələri və yerli ictimaiyyətin təmsilçiləri qatılıblar. Tədbir çərçivəsində azərbaycanlı səyyah Azər Qəribin müəllifi olduğu "Bir səfərin izi ilə" sənədli filmi nümayiş olunub.
Qeyd edək ki, xaricdəki Azərbaycan Evlərində hər il ənənəvi olaraq Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan tədbirlər təşkil edilir. Bu tədbirlərin məqsədi Ulu Öndərin xatirəsini əziz tutmaq, dahi şəxsiyyətin azərbaycançılıq məfkurəsini və Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərini təbliğ etməkdir.
Foto qalereya
Digər xəbərlər