Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Rustavidə qeyd edilib
13 may, 2025
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Rustavi Təhsil və Mədəniyyət Mərkəzində tədbir keçirilib.
Tədbir iştirakçıları öncə dahi şəxsiyyətin Rustavidəki abidəsinin ziyarət edərək önünə əklil qoyub, gül dəstələri düzüblər.
Sonra tədbir Rustavi Təhsil və Mədəniyyət Mərkəzinin ofisində davam edib. Mərkəzin rəhbəri Raidə Dərziyeva iştirakçıları salamlayaraq Ulu Öndərin xatirəsinin əziz tutulmasının bütün azərbaycanlıların vəfa borcu olduğunu bildirib.
İctimai xadim, şair-publisist Rafiq Hümmət “Heydər Əliyevin dəqiq strategiyası” adlı məruzəsində bu strategiyanın 44 günlük Vətən müharibəsindəki qələbədə mühüm əhəmiyyətindən danışıb.
Digər çıxışçılar öz növbələrində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan xalqının həyatındakı və Azərbaycan-Gürcüstan münasibətlərindəki əvəzsiz xidmətlərindən bəhs ediblər.
Foto qalereya
Digər xəbərlər