Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ili münasibətilə keçirilən inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

13 may, 2025

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ili münasibətilə keçirilən inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Marneulidə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ümummilli Liderin xatirəsi bir dəqiqlik sükutla yad edilib.

Sonra GAİM-in icraçı direktoru Murad Muradov müasir müstəqil Azərbaycan dövlətçiliyinin inkişafında və möhkəmlənməsində Ulu Öndərin əvəzsiz xidmətlərindən danışıb. Müasir Azərbaycan Konstitusiyasının müəllifi də məhz Heydər Əliyevdir və dahi şəxsiyyətin gərgin əməyi sayəsində ərsəyə gələn əsas qanunumuz hüquqi dövlət quruculuğumuzda tarixi rol oynayıb.

Sonda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ili münasibətilə GAİM-in şagirdləri arasında keçirilən “Heydər Əliyev və Konstitusiya” mövzusunda inşa yarışmasının qalibləri mükafatlandırılıb. Qaliblərə sertifikatlar, kitablar və digər hədiyyələr təqdim olunub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər