ABŞ-da fəaliyyət göstərən icmamız terror aktı ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

28 yanvar, 2023

ABŞ-da fəaliyyət göstərən icmamız terror aktı ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Ölkəmizin İran İslam Respublikasındakı Səfirliyinə edilmiş silahlı hücum Amerika Birləşmiş Ştatlarında yaşayan soydaşlarımızda böyük hiddət doğurub.

Nyu York Azərbaycan-Amerika Qadınlar Assosiasiyası, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti, Vaşinqtondakı Amerika–Azərbaycan Qadınlar Assosiasiyası, Azərbaycan-Amerika Musiqi Fondu, Şimali Karolinadakı Azərbaycan Dostluq Təşkilatı, Meyn Azərbaycan Cəmiyyəti, Amerika-Azərbaycan İnteqrasiya Mərkəzi, Yuta Azərbaycan Dostluq Təşkilatı, Azərbaycan Nyu-York Assosiasiyası, Florida Azərbaycan İcması, Amerika Orta Qərb Statlari uzrə Azərbaycan Mərkəzi, Minnesota Azərbaycan Assosiasiyası, Şimali Kaliforniyanın Azərbaycan Mədəniyyət Cəmiyyəti, Floridanın Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası və Azərbaycan-Amerika Gənclər Assosiasiyasının yaydıqları bəyanatlarda Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərovun qətli və diplomatik missiyamızın iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı pislənilib və dərin narahatlıq ifadə edilib.

İnsanlığa və diplomatik normalara zidd olan bu cinayətin dərhal araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edən Azərbaycan əsilli amerikalılar terror aktının arxasında İran xüsusi xidmət orqanlarının dayandığına şübhə etmədiklərini bildiriblər, regionda sabitliyin əleyhinə yönəldilmiş təxribatların qarşısının alınması naminə beynəlxalq birliyi ədalətli mövqe tutmağa çağırıblar.

  

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər