Zalsburqda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub
7 yanvar, 2025Diasporla iş Üzrə Dövlət Komitəsinin dəstəyi ilə Avstriya Respublikasının Zalsburq şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı qeyd olunub.
Tədbirin əvvəlində Avstriya Azərbaycanlıları Cəmiyyətinin və Zalsburq Azərbaycan Evinin rəhbəri Fərid Əzizov “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğramasından danışıb. Qəza qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibəti ilə tədbir iştirakçılarını təbrik edən Fərid Əzizov azərbaycanlıların dünyanın harasında yaşamasından asılı olmayaraq hər an vətənin yanında olduqlarını vurğulayıb.
Tədbirə soydaşlarımızla yanaşı Avstriya vətəndaşları da qatılıb. Avstriyalı qonaqlar Azərbaycan haqqında xoş təəssüratlarını bölüşüblər.
Uşaqlar Azərbaycanla bağlı şeirlər, mahnılar oxuyub. Sonda Şaxta baba uşaqlara hədiyyələr verib.
Foto qalereya
Digər xəbərlər