Bişkekdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

8 yanvar, 2025

Bişkekdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramını qeyd edib.

Öncə mərkəzin Azərbaycan dili müəllimi Məlahət Məmmədova Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaranma tarixi haqqında məlumat verib.

Daha sonra uşaqlar Azərbaycan dilində şeirlər söyləyib, mahnılar oxuyublar. Sonda uşaqlara “Birlik” İctimai Birliyi tərəfindən hədiyyələr təqdim olunub.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Birlik” İctimai Birliyinin təşəbbüsü ilə 2022-ci ilin dekabr ayından fəaliyyət göstərir və gənclərin hər iki xalqın dilini, tarixini, mədəniyyətini öyrənməsi, eyni zamanda iki ölkə arasında qardaşlığın möhkəmləndirilməsi məqsədilə yaradılıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər