Yaponiya mediasında Azərbaycanın Müstəqillik Günündən bəhs edilib

9 iyun, 2023

Yaponiya mediasında Azərbaycanın Müstəqillik Günündən bəhs edilib

Yaponiyanın https://ajmedia.jp xəbər portalında 28 May – Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar məlumat verilib.

Məlumatda Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin adından Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 105-ci ildönümü ilə əlaqədar bəyanatının yayıldığı bildirilib.

Yaponiyada yaşayan Azərbaycan icmasının ölkəmizin tarixində baş vermiş çox mühüm günü qeyd etdiyinə, AXC-nin tarixinə, 23 aylıq fəaliyyətinə, müxtəlif sahələrdə həyata keçirdiyi islahatlara və əldə etdiyi nailiyyətlərə diqqət cəlb edilib: “Bu, təkcə azadlığımızın təntənəsi deyil, həm də xalqımızın sarsılmaz mətanətinin və ruhunun təzahürüdür”.

AXC-nin süqutundan sonra da xalqımızın müstəqillik mübarizəsinin bitmədiyi, ümummilli lider Heydər Əliyevin uzaqgörən rəhbərliyi ilə müasir Azərbaycanda dövlət quruculuğu, davamlı ictimai-siyasi sabitliyin bərqərar olması, gələcək uğurlara xidmət istiqamətində  mühüm və əzmkar addımların atıldığı vurğulanıb. Qeyd edilib ki, müstəqil Azərbaycan dövləti xalqımızın qüdrətinin və qətiyyətinin sübutudur və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müasir dünyanın çətinliklərini qətiyyətlə dəf edib: “Azərbaycan xalqı qürurla birləşib və növbəti nəsillər üçün daha parlaq gələcək qurmaq üçün beynəlxalq birliyə töhfə verməkdə davam etməkdə qərarlıdır”.

Məlumatı aşağıdakı linkdən oxumaq mümkündür:

https://ajmedia.jp/%e3%82%a2%e3%82%bc%e3%83%ab%e3%83%90%e3%82%b8%e3%83%a3%e3%83%b3%e5%85%b1%e5%92%8c%e5%9b%bd%e3%81%ae%e7%8b%ac%e7%ab%8b%e8%a8%98%e5%bf%b5%e6%97%a5%e3%80%80/

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər