“Wikipedia”da Anım Günü haqqında özbək dilində bölmə yaradılıb

28 sentyabr, 2023

“Wikipedia”da Anım Günü haqqında özbək dilində bölmə yaradılıb

Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında 27 sentyabr – Anım Günü haqqında “Xotira kuni (Ozarbayjon)” adlı bölmə istifadəyə verilib.

Mərkəzin “Wikipedia” heyəti tərəfindən özbək dilində yaradılmış 6 bölməyə zəngin istinad siyahısı və keçidlər daxil edilib. Anım Günü haqqında ətraflı məlumat verilib, xalqımızı böyük Zəfərə aparan yolun ilk gününün mahiyyətinə və Azərbaycan dövlətinin tarixindəki əhəmiyyətinə diqqət cəlb edilib.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncama əsasən, 2021-ci ildən başlayaraq 27 sentyabr tarixinin Anım Günü kimi qeyd edildiyi, 44 günlük Vətən müharibəsində həyatını itirən şəhidlərimizin əziz xatirəsinin bütün ölkədə və dünyanın müxtəlif ölkələrində soydaşlarımız tərəfindən anıldığı vurğulanıb. Prezidentin müvafiq Sərəncamının mətni bölmədə yer alıb.

Bu bölməni aşağıdakı linkdən izləmək mümkündür: 

https://uz.wikipedia.org/wiki/Xotira_kuni_(Ozarbayjon)

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər