Tallində yaşayan soydaşımızın Vaşinqtonda sərgisi açılıb
16 aprel, 2024Tallində yaşayan soydaşımız Rövşən Nurun Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının dəstəyilə “Azərbaycan naxışları” adlı rəsm sərgisi açılıb. Sərgi aprelin 15-dək davam edib.
Sərgidə rəssamın Azərbaycan mədəniyyətinin zəngin irsini tərənnüm edən əsərləri nümayiş olunub. Rövşən Nur sərgi çərçivəsində uşaqlar üçün ustad dərsləri deyib.
Bakıda anadan olan Rövşən Nur Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirdikdən sonra Estoniyada Tallin Rəssamlıq Akademiyasında bacarıqlarını daha da inkişaf etdirib və əsərlərində ənənələrin novatorluqla üzvi şəkildə birləşdirən fərqli üslublu rəssam kimi formalaşıb.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi Rövşən Nurun Tallinn şəhərindəki Dizayn və Memarlıq Qalereyasının fəaliyyətinə və rəssam soydaşımız Rövşən Nurun tez-tez Avropa auditoriyasının ölkəmizin mədəniyyəti ilə yaxından tanış olmasına xidmət edən sərgilər və tədbirlər keçirməsinə dəstək göstərir.
Foto qalereya
Digər xəbərlər