Virciniya Azərbaycan Evi ilk toplantısını keçirib

3 fevral, 2025

Virciniya Azərbaycan Evi ilk toplantısını keçirib

ABŞ-nin Virciniya ştatının Aleksandriya şəhərində yeni fəaliyyətə başlamış  Azərbaycan Evində ilk rəsmi toplantı keçirilib. Azərbaycan icmasının üzvlərinin iştirak etdiyi toplantıda təşkilatın hədəfləri, gələcək layihələr müzakirə olunub.

Azərbaycan Evinin koordinatoru Nigar İbrahimova geniş təqdimatla çıxış edərək Virciniyada Azərbaycan diasporunun gücləndirilməsi, mədəni mübadilənin təşviqi məqsədilə geniş əlaqələrin qurulmasından, eyni zamanda toplantı iştirakçılarının öhdəliklərindən, ehtiyaclarından bəhs edib. 

Virciniya Azərbaycan Evinin təsisçisi Sevda Tahirli Azərbaycan Evinin fəaliyyəti ilə bağlı məlumat verib və təşkilatın məqsədlərindən danışıb: “Bizim məqsədimiz Azərbaycan mədəniyyətinin inkişaf etdiyi, diasporun  hər bir üzvünün gücləndiyi, irsimizə sadiq, həmrəy və ali Azərbaycançılıq dəyərlərinin bölüşüldüyü canlı bir məkan formalaşdırmaqdır,” – deyə o qeyd edib. 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə 2024-cü ilin avqustunda açılan Virciniya Azərbaycan Evi milli mədəniyyətimizin təbliği, soydaşlarımızın doğma Vətənimizin hədəfləri ətrafında daha sıx birləşməsində mühüm rol oynayır. Azərbaycan Evinə könüllü fəaliyyət göstərmək istəyən hər kəs müraciət edə bilər.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər