İğdırda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitabın təqdimatı keçirilib
3 fevral, 2025İğdırda jurnalist-yazar, professor Aysel Sadak İltaşın “İnsan ürəyi ilə Heydər baba” kitabının təqdimatı və imza günü keçirilib.
İğdır Azərbaycan Evində təşkil olunan tədbirə diaspor təşkilatlarının rəhbərləri, İğdır Universitetinin, siyasi partiyaların və digər qurumların nümayəndələri, media təmsilçiləri və kitabsevərlər qatılıb.
Kitab haqqında məlumat verən Aysel Sadak İltaş kitabın nəşrini öhdəsinə götürən millət vəkili, Türkiyə Böyük Millət Məclisinin deputatı Cantürk Alagözə təşəkkür edib.
İğdır Azərbaycan Evi Dərnəyinin sədri Serdar Ünsal Naxçıvanın ağır günlərində Heydər Əliyevlə jurnalist kimi görüşdüyünü, Ulu Öndərdən dəfələrlə açıqlamalar alıb Türkiyə qəzetlərinə göndərdiyini bildirib.
İğdır Bələdiyyəsinin sabiq sədri Ali Ağrı Türkiyə-Azərbaycan qardaşlığının bu səviyyəyə çatmasının Heydər Əliyevin misilsiz xidmətləri olduğunu vurğulayıb.
İğdır Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyi Dərnəyinin sədri, İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar Heydər Əliyevi ömrü boyu Azərbaycan üçün çalışmış lider adlandırıb.
Əczaçı Nazım Karadağ İğdır valiliyi tərəfindən hazırlanmış dərman yükünü Naxçıvana aparılması və Ümummilli Liderlə görüşü ilə bağlı xatirələrini bölüşüb.
“Yeşil Iğdır” qəzetinin baş redaktoru Cabbar Şıktaş Heydər Əliyevlə dəfələrlə görüşdüyünü, müsahibələr götürdüyünü söyləyib.
Tədbir kitabın imzalanması və xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.
Foto qalereya
Digər xəbərlər