Vıborq şəhərində Azərbaycanlı dramaturqun nağılının premyerası keçirilib

12 iyun, 2024

Vıborq şəhərində Azərbaycanlı dramaturqun nağılının premyerası keçirilib

Leninqrad vilayətinin Vıborq şəhərində fəaliyyət göstərən Uşaq Musiqili Teatrının aktyorları şəhərin kiçik sakinlərini “Pis uşaqlar planeti”nə göndəriblər.

Azərbaycanlı dramaturq Vüqar Haqverdiyevin nağılı əsasında hazırlanan tamaşanın qəhrəmanları uşaqlara niyə ora getməməli olduqlarını və valideynlərinin yanına necə qayıtmalı olduqlarını nümayiş etdiriblər.

Nağıl hər kəsin daxilində bir möcüzənin olması haqqındadır. Bu möcüzə adamların bir-birini başa düşməyinə və yaxşı insan olmağına kömək edir. Teatrın rejissoru Qriqori Loqvinyuk tamaşanın ilk baxışdan sadə görünən, lakin çox dərin məna daşıdığını deyib. Vüqar Haqverdiyevin Uşaq Musiqili Teatrı ilə əlaqə saxladığını və üç nağıl hədiyyə etdiyini bildirən rejissor baş qəhrəmana rus, digər personajlara yadplanetli adları verdiyini, nağıla mahnılar, şeirlər əlavə etdiyini vurğulayıb.

Tamaşa balacalar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər