Varşavada Müstəqillik Gününə həsr olunan bilik yarışı keçirilib

2 iyun, 2026

Varşavada Müstəqillik Gününə həsr olunan bilik yarışı keçirilib

Polşa Respublikasının paytaxtı Varşavada 28 May – Müstəqillik Gününə həsr olunan bilik yarışı keçirilib.

Yarış Polşada fəaliyyət göstərən “Xarı Bülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının, “Sevil” Assosiasiyasının və Krakov Azərbaycan Evinin birgə təşkilatçılığı ilə baş tutub. Əsas məqsəd Azərbaycanın zəngin tarixi, mədəni irsi, dövlətçilik ənənələri və milli-mənəvi dəyərləri haqqında biliklərin artırılması, eləcə də milli kimliyin qorunması və vətənpərvərlik ruhunun gücləndirilməsi olub.

Əvvəlcə 28 May – Müstəqillik Gününün tarixi əhəmiyyəti barədə məlumat verilib. Qeyd olunub ki, bu əlamətdar günün xaricdə yaşayan soydaşlarımız tərəfindən qeyd edilməsi milli həmrəyliyin möhkəmləndirilməsi, Azərbaycançılıq ideyalarının təbliği və ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından xüsusi önəm daşıyır.

Daha sonra iştirakçılar Azərbaycanın dövlətçilik tarixinə, milli-mədəni irsinə, görkəmli şəxsiyyətlərinə, müasir inkişaf mərhələlərinə və ümumən dünyagörüşünə aid sualları cavablandıraraq, öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Yarış iştirakçılar arasında böyük maraq və rəqabət şəraitində keçib.

Yarışın sonunda yüksək nəticə göstərən iştirakçılar mükafatlandırılıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər