Roma şəhərində Azərbaycan icması ilə görüş keçirilib

2 may, 2023

Roma şəhərində Azərbaycan icması ilə görüş keçirilib

İtaliyanın paytaxtı Roma şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Azərbaycan icması ilə görüş keçirilib.

Görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev diaspor quruculuğunun təməlinin qoyulmasında, dünya azərbaycanlılarının mütəşəkkil qüvvə kimi bir araya gəlməsində Heydər Əliyevin misilsiz xidmətlərindən, onun siyasi kursunun Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməsindən danışıb.  

Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov iki ölkə arasında münasibətlərin qurulmasında Heydər Əliyevin müstəsna rolunu xatırladıb, qarşıda duran vəzifələrdən danışıb və bu mühüm mərhələdə Azərbaycan icmasının nümayiş etdirdiyi ardıcıl fəallığın zəruriliyini vurğulayıb.

Görüş xalqımızın böyük öndərinin həyat və fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə davam edib.

Sonra Komitənin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr, “Heydər Əliyev İli” çərçivəsində Diaspor Gənclərinin IV Yay Düşərgəsinin Naxçıvanda keçiriləcəyi barədə ətraflı məlumat verilib, İtaliyadakı diasporumuzun mövcud vəziyyəti, Azərbaycan həqiqətlərinin İtaliya ictimaiyyətinə dolğun şəkildə çatdırılması istiqamətində fəaliyyəti nəzərə çatdırılıb.

Görüş fikir mübadiləsinin aparılması və sualların cavablandırılması ilə yekunlaşıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər