Nyu-Yorkda Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağı qaldırılıb

20 oktyabr, 2022

Nyu-Yorkda Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağı qaldırılıb

18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağı ABŞ-ın Nyu-York şəhərində qaldırılıb.

 

Bu münasibətlə “Wall Street”də yerləşən və nəhəng bayraq meydanı kimi tanınan “Bowling Green” parkında Azərbaycan-Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə bayraqqaldırma mərasimi keçirilib. Tədbirdə Nyu-Yorkda yaşayan bir qrup həmvətənimiz iştirak edib.

 

Azərbaycan-Nyu-York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli Azərbaycan bayrağını dövlət himnimizin sədaları altında səmaya ucaldıb.

 

Bayraqqaldırma mərasimi yerli əhali və turistlərin də diqqətini çəkib, həmvətənlərimiz onlara Azərbaycan haqqında məlumatlar veriblər.

 

Qeyd edək ki, Azərbaycan bayrağı 10 gün müddətində Nyu-Yorkun şəhər mərkəzində ABŞ bayrağı ilə yanaşı dalğalanacaq.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər